Azərbaycanda dollar həyəcanı

Valyuta mübadiləsi məntəqələrində, banklarda dollar alanların sayı xeyli artıb. Kassirlər dayanmadan əhalinin milli pullarını dollara çevirirlər.
 
Satıcılar da son bir neçə gündə dollar alanların sayında artım olduğunu bildirirlər. Pul mübadiləsi ilə məşğul olan Rəşad İsmayılov deyir ki, son iki gündə dollar alanların sayında 5-10 faiz artım var: «Buna səbəb insanların dolların yenidən bahalaşacağından ehtiyat etməsidir. Biz də insanlardan nə üçün dollar aldıqlarını soruşuruq . Onlar bildirirlər ki, yeni ildən dolların qiyməti çox əsaslı şəkildə artacaq. Ancaq düşünürəm ki, bu məlumatlar həqiqəti əks etdirmir».
 
Valyuta dəyişənlərin hamısı artımın olduğu ilə razılaşır. Ancaq bu artımın cüzi olduğunu deyirlər.(marja)

Google+ WhatsApp ok.ru