Azərbaycanda 7 universitetin prorektoru işdən çıxarılıb - SİYAHI

Son iki ayda Azərbaycanda 7 ali təhsil müəssisəsinin prorektoru vəzifəsindən çıxarılıb. Bu barədə Maide.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Məlumata görə, Lənkəran Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə Azərbaycan Texniki Universitetinin professoru Nizami Yusubov təyin edilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru vəzifəsinə Gülşən Əliyeva təyin edilib. G.Əliyeva 2001-ci ildən həmin universitetdə müəllim, baş müəllim, kafedra müdiri, professor vəzifələrində işləyib.
Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru həmin universitetdə 1976-cı ildən müxtəlif vəzifələrdə çalışmış Rafiq Novruzov təyin edilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoru Vaqif Qurbanov öz ərizəsinə əsasən işdən azad edilib. Həmin vəzifəyə isə Qasım Məmmədov təyin olunub.
Öz ərizələrinə əsasən Elşad İsmibəyli Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru, Çingiz Bağırov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Nuhbaba Şıxıyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru vəzifələrindən azad edilib.

Google+ WhatsApp ok.ru