Azərbaycan avtomobil idxalını ikiqat azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 24 219 ədəd avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27 867 avtomobil və 2,15 dəfə azdır.
 
Belə ki, ölkəyə gətirilən avtomobillərin 757 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 21 497  ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 750 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 215 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Google+ WhatsApp ok.ru