Azərbaycan un və taxılı dəyərindən iki dəfə baha alır

“Bizim yol” qəzeti yazır ki, rəsmi məlumatlara nəzər salanda maraqlı məsələlərdən biri kənd təsərrüfatı məhsullarının ixracının azalması, idxalın isə artmasıdır. “Xüsusilə, idxalda əsas mallar siyahısında artım buğda, meyvə-tərəvəz üstünlük təşkil edir.
 
Eyni zamanda Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin on ayında kənd təsərrüfatı məhsullarının istehsalı 6.7 faiz artıb. Xüsusilə, dənli bitkilərin istehsalı az qala 3 milyon tona çatıb. O zaman buğdanın idxaldakı payının yüksəlməsində paradoksal vəziyyət yaranıb”.
 
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov qəzetə açıqlamasında bildirdi ki, Kənd Təsərrüfatı Nazirliyi bu sektorda olan problemləri gizlətməklə məşğuldur: "Statkom"un göstərdiyi statistika, görünür, yuxarıların göstərişi ilə təqdim olunur. Kənd təsərrüfatı məhsullarının istehsalı azaldıqca, bu istiqamətdə rəqəmləri daha yüksək göstərməyə çalışırlar. Bu il ölkənin alıcılıq qabiliyyəti aşağı düşdüyü halda, idxal artıb. Hələ nəzərə almaq lazımdır ki, idxal rəqəmləri də tam dolğun göstərilmir. Daşınma, nəqliyyat və digər xərclərini də nəzərə alsaq, idxal olunan məhsullar yerli məhsullara nisbətən baha olmalıdır. Belə olan halda, sahibkarlar nəyə görə xaricə üz tutsunlar? İrandan, Rusiyadan, hətta Polşadan kartof gətirsin? Bunlar onu deməyə əsas verir ki, Azərbaycanda istehsal ciddi şəkildə azalır".
 
 
V.Məhərrəmovun sözlərinə görə, dünya bazarında kənd təsərrüfatı məhsullarının qiymətində kəskin ucuzlaşma gedir: "Məsələn, buğdanın 1 tonu 168 dollara təklif olunur. Azərbaycanın idxal etdiyi buğda isə 250 dollardır, keyfiyyəti də aşağıdır. Keyfiyyətli unun 1 tonunun qiyməti dünya birjalarında 200 dollar olduğu halda, Azərbaycan istehlakçılarına 2 dəfə baha qiymətə təklif olunur".

Google+ WhatsApp ok.ru