`Azərsu` və `Azərişıq` əməkdaşları faciəli şəkildə öldülər

Maide.az xəbər verir ki, “Azərsu” və "Azərişıq" əməkdaşları iş başında faciəvi şəkildə dünyasını dəyişiblər. 
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, ölüm hadisəsinin biri dekabrın 7-də Abşeron rayonunun Saray qəsəbəsində “Azərsu” ASC-nin su anbarında qeydə alınıb. Qaynaq işləri aparan Sumqayıt şəhər sakini Həbib Qasımovun üzərinə dəmir boru düşüb və o, hadisə yerində ölüb.
 
Digər hadisə isə Mingəçevirdə qeydə alınıb. Məlumata görə, Mingəçevir şəhərinin 20 yanvar küçəsində təmir işləri aparan "Azərişıq" ASC-nin əməkdaşı Stiqat Yusifovun üzərinə işıq transformatoru düşməsi nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.
 
Hər iki faktla bağlı araşdırma aparılır.  

Google+ WhatsApp ok.ru