Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü təxirə salınıb 22 Dekabr 2015 02:00 Siyasət Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin sabah Tbilisidə keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. Buna səbəb Gürcüstan xarici işlər naziri Gerogi Kvirikaşvilinin ailəsində ağır itkinin baş verməsidir. Görüşün gələn ilin birinci rübündə keçiriləcəyi gözlənilir. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu və Gürcüstanın xarici işlər naziri Gerogi Kvirikaşvilinin dekabrın 23-də Tbilisidə görüşü nəzərdə tutulurdu.(apa) Teqlər : #Azərbaycan,#Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü təxirə salınıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hikmət Hacıyev: “Azərbaycan və İran arasında əlaqələr hər iki ölkə xalqlarının mənafeyi naminə inkişaf edir” Milli Məclisin 2015-ci ildə son iclasının tarixi və gündəliyi açıqlanıb
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video