Azərbaycanın “qara siyahı”sında 500-dən çox insan var

2015-ci ildə 10-dan artıq insan adının "qara siyahı"dan çıxarılması üçün Xarici İşlər Nazirliyinə müraciət edib.
Maide.az Dailykarabakh-a istinadən xəbər verir ki, XİN bu müraciətlərin hamısına müsbət cavab verib.
2015-ci ildə, eyni zamanda 10-dan artıq insan XİN-in rəsmi icazəsi ilə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib.
Araşdırmalar zamanı məlum olub ki, 2015-ci ildə ötən illərdə olduğu kimi Azərbaycanın işğal altında olan ərazilərə səfər edən xarici vətəndaşların böyük əksəriyyəti ya aldadılıb, ya da erməni lobbilərinin təsiri altında bunu həyata keçirib.
Hazırda XİN-in “qara siyahı"sında 50-yə yaxın ölkədən 509 nəfər var.
Xarici İşlər Nazirliyinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısına Minsk qrupunun həmsədr ölkələri və inkişaf etmiş Avropa dövlətləri başçılıq edir. Artım tendensiyası Almaniyaya məxsusdur./

Google+ WhatsApp ok.ru