Azərbaycanın ən böyük şirniyat istehsalçısının meniceri məhkəmə zalında həbs olundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Nahid Axundovun cinayət işi üzrə məhkəmə başa çatıb.
 
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə N.Axundov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
 
Qeyd edək ki, N.Axundov “Veysəloğlu” MMC-də satış meneceri olub. O, 12 min manat pul mənimsəmədə təqsirli bilinib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. report /
 

Google+ WhatsApp ok.ru