Azərbaycan XİN: Qondarma rejimin nümayəndə heyətinin İrana səfəri barədə məlumat yalandır

Xarici İşlər Nazirliyi (XİN) diplomatik kanallar vasitəsilə Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin 2015-ci ilin oktyabr ayında İran İslam Respublikasına səfəri və İran rəsmiləri ilə görüşünə dair yayılan məlumatı araşdırıb.
 
Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, İranın Azərbaycandakı səfirliyindən XİN-ə ünvanlanmış cavab notasında  qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin İrana səfəri və bu ölkənin rəsmiləri ilə görüşməsi barədə xəbərin həqiqəti əks etdirmədiyi bildirilib və Ermənistan KİV-də yayılan xəbərlər təkzib olunub. 

Google+ WhatsApp ok.ru