Azərbaycanın şimal bölgəsinə güclü qar yağıb

Azərbaycanın şimal bölgəsinin bəzi dağlıq ərazilərində temperatur mənfi 12 dərəcədir. Quba Regional Hidrometeorologiya Müəssisəsindən APA-nın şimal bürosunun verilən məlumata görə, Qusar, Quba və Xızı rayonlarına qar yağıb.
 
Ən çox qar Xızı rayonunun Altıağac qəsəbəsinə düşüb. Burda qarın hündürlüyü 16 sm-ə çatıb. Ötən günlərdə yağan qarın bəzi ərazilərdə qalması nəticəsində qarın hündürlüyü Xınalıq kəndində 42, Qırızda 40 sm. Ləzə kəndində isə 32 sm-ə çatıb.
 
Quba 6 saylı Yol istismar sahəsindən bildirilib ki, yağan qar avtomobil yollarında problem yaratmayıb. Bütün istiqamətlərdə avtomobillərin hərəkətində hər hansı məhdudiyyət yoxdur.

Google+ WhatsApp ok.ru