Azərbaycan bankları manat qəbul etmir

Pul köçürmələrində vətəndaşları necə aldadırlar?

Azərbaycan bankları manat qəbul etmir. Bu barədə redaksiyamıza Rusiyadan Azərbaycana pul göndərən soydaşlarımız məlumat verib. “Əvvəllər evə pul göndərəndə Rusiya banklarına rubl təqdim edirdik və təbii ki, onlar bu məbləği manatla hesablayaraq Azərbaycana göndərirdik. Lakin indi Rusiya banklarından deyirlər ki, Azərbaycan bankları onlara müraciət edərək manat qəbul etmədiklərini deyiblər. Biz pulu dollarla göndərməliyik”, – deyə soydaşlarımız bildirib.
 
Soydaşlarımız deyir ki, dollarla pul göndərməyin əleyhinə deyillər. Lakin məsələ burasındadır ki, Azərbaycan bankları həmin pulu dollarla sahibinə vermir: “Evdən gedib pulu götürmək istəyəndə banklar dollarla göndərdiyimiz məbləği manatla verir. Deyəndə ki, axı bizə dollar göndərilib, cavab verirlər ki, o zaman dollar olanda gəlib götürərsən. Manatla verəndə də aşağı kursla verirlər. Beləliklə, faktiki olaraq bizim pulumuzla qazanc əldə edirlər”.azadliq /
 

Google+ WhatsApp ok.ru