Azərbaycanın diaspor fəalı İstanbulda intihar edib 03 Fevral 2016 02:00 Hadisə İstanbul Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Abbas Murad Danışmalı bu gün İstanbulda intihar edib. Bu barədə dərnəyin sədri Səfər Qaraqoyunlu məlumat verib. Onun sözlərinə görə, A. M. Danışmanlı bu gün səhər yeməyini yedikdən sonra özünü 6-cı mərtəbədə yerləşən evinin pəncərəsindən atıb. Hadisə baş verən vaxt onun həyat yoldaşı da evdə olub. Səfər Qaraqoyunlunun sözlərinə görə, 64 yaşlı Abbas Murad Danışmalı bir müddətdir, psixoloji problemlərinə görə müalicə alırmış. Qeyd edək ki, intihar barədə ilk xəbəri vesti.az saytı yayıb. Teqlər : #Azərbaycanın diaspor fəalı İstanbulda intihar edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı sakini özünü məftillə asaraq intihar edib Bir gündə iki məhbus öldü