Azərbaycanda baba 16 yaşlı nəvəsini qətlə yetirdiyini etiraf edib

Ağdamda babanın 16 yaşlı nəvəsini qətlə yetirməsinin təfərrüatları məlum olub.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonunda araşdırma aparan Binəqədi rayon prokurorluğunun əməkdaşlarının şübhəli şəxs qismində saxladığı Rafiq Bayramov törətdiyi cinayəti etiraf edib.
 
R. Bayramov izahatında qeyd edib ki, nəvəsi Tural Bayramovu bacısına sataşdığı üçün qətlə yetirib. 
Ağdam Rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, bu gün rayonun Çəmənli kənd qəbiristanlığında dəfn olunmuş T. Bayramovun meyiti eksqumasiya edilib. Tibbi ekspertiza zamanı T. Bayramovun qulaq, burun, dodaq və cinsiyyət orqanının kəsildiyi məlum olub.  
 
 
Qeyd edək ki,hadisə bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda qeydə alınıb. Ağdamrayonundan olan məcburi köçkün, 2000-ci il təvəllüdlü Tural Mübariz oğlu Bayramov xüsusi amansızlıqla qətlə yetirilib./

Google+ WhatsApp ok.ru