Azərbaycanın rayonlarında qar yağacaq 18 Fevral 2016 02:00 Ölkə Fevralın 19-da Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, gecə bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 4-7 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti olacaq. Fevralın 19-da Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8-12 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Teqlər : #Azərbaycanın rayonlarında qar yağacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İş dəftərləri iki hissəyə bölünüb - Valideynlər narazıdır -VIDEO DİN DYP maşınına ziyan vuran şəxs barədə məlumat yayıb