Azərbaycan özünün ilk müstəqil islam bankını yaratmağa hazırlaşır

Azərbaycanın ilk müstəqil islam bankı artıq gələn ildən fəaliyyətə başlaya bilər. Hazırda hökumət faizsiz maliyyələşmənin sadələşdirilməsi üçün qanunvericiliyin hazırlanması ilə məşğuldur.
 
Maide.az  xəbər verir ki, İslam maliyyələşməsi üzrə məsləhətçi xidmətləri göstərən “BEST-Solutions” şirkətinin rəhbəri Bəhnam Qurbanzadənin verdiyi məlumata görə, hökumətin və İslam İnkişaf Bankının yaratdığı birgə işçi qrup yeni yaradılacaq qurumun 2017-ci ildən fəaliyyətə başlaması üçün qanunverici əsaslar hazırlayır.
 
İslam bankçılığı üzrə Regional Məşvərət Şurasının üzvü olan Bəhnam Qurbanzadə qeyd edib ki, İslam İnkişaf Bankı Azərbaycan hökuməti ilə birlikdə bu bank modelini ölkədə inkişaf etdirməyə çalışır. Onun sözlərinə görə, bankın adı iki aydan sonra açıqlanacaq və bu, bazarda yeni bir islam bankı olacaq. 
 
Hazırda Azərbaycanda islam bankçılığı alətlərinin tətbiqi təcrübəsi inkişaf etməkdədir. Məsələn, ölkədə kiçik və orta müəssisələr üçün lizinq əsaslı maliyyələşdirmə tətbiq olunur və yeni təşəbbüslərə islam bankçılığı məhsullarının çeşidini genişləndirmək imkanı kimi baxılır. Bu, həmin məhsulların yaradılmasını asanlaşdıracaq və onların “maya dəyərini” azaldacaq təşəbbüslərdir.
 
“Bu gün bazarda uzunmüddətli maliyyələşdirməyə ehtiyac var ki, o da yalnız borc və kreditlərə deyil, həm də sərmayə və tərəfdaşlığa əsaslanmalıdır”, - deyə Qurbanzadə Dubayda keçirilən sənaye konfransı çərçivəsindəki müzakirələr zamanı bildirib.worldmedia/
 

Google+ WhatsApp ok.ru