Azərbaycan hökuməti dövlət zəmanəti ilə $10,4 mlrd alıb

Nazirlər kabinetinin hesabatına əsasən, ötən il hökumət dövlət zəmanəti ilə beynəlxalq və kommersiya təşkilatlarından $741,1 mln ekvivalenti kredit alıb.
 
O cümlədən Çexiyanın Societe Generale qrupundan 458,86 mln avro, Yaponiyanın  Sumitomo Mitsui Banking Corporation korporasiyasından 132 mln avro və SocieteGenerale ofisindən 85,37 mln avro alınıb.
 
Bu, 2014-cü illə müqayisədə $237,2 (bir il öncə 12 sazişlə $978,3 mln alınıb) azdır.
 
1994-2015-ci illərdə hökumət $10 mlrd 327,5 mln ekvivalenti kredit alıb. Bunun üçdə ikisindən ($7 mlrd 285,8 mln) istifadə edilib. 

Ötən il xarici borcun ödənilməsinə dövlət büdcəsindən 632,7 mln manat xərclənib

Ötən il xarici borcun ödənilməsinə dövlət büdcəsindən 632,7 mln manat xərclənib, deyə Nazirlər Kabineti məlumat verib. İki dəfə inflyasiya nəzərə alınsa, bu, əvvəlki ildəkindən ($457,7 mln) azdır.

Əsas borc üzrə ödənişlərə 440 mln. manat, faizlər üzrə ödənişlərə 192,7 mln.manat yönəldilib”, - deyə məlumatda qeyd olunur.

Ötən il hökumət tərəfindən ümumilikdə $823,6 mln məbləğində kredit sərf edib. Dövlət zəmanətli kreditlər avtomobil yolları, su təchizatı, kanalizasiya, irriqasiya sistemlərinin və s layihələrinin reallaşdırılmasına yönəldilib. contact /

 

Google+ WhatsApp ok.ru