Azərbaycanın palçıq vulkanlarında qızıl axtarılacaq

AMEA Rəyasət Heyətində Yer Elmləri Bölməsinin (YEB) növbəti iclası keçirilib.
 
"Xəzər Xəbər"in məlumatına görə, iclasda Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri,  professor Adil Əliyevin “Palçıq vulkanı brekçiyasının ehtimal olunan aksessor minerallaşmasının tədqiqi” mözusunda məruzəsi dinlənilib.
Ölkəmizdə və dünyada palçıq vulkanlarının öyrənilməsi istiqamətində mühüm tədqiqatların aparıldığını söyləyən A.Əliyev qlobal miqyasda onların əmələgəlməsi, coğrafi yayılması, neft-qazlılıq və seysmikliklə əlaqəsi kimi məsələlərlə bağlı yeni elmi nəticələrin əldə olunduğunu bildirdi.
 
Qeyd etdi ki, rəhbərlik etdiyi şöbənin əməkdaşları ilə Ukrayna Milli Elmlər Akademiyasının alimlərinin birgə apardıqları tədqiqatlar hər iki ölkənin palçıq vulkanizmi probleminin müqayisəli təhlilinə, xüsusilə vulkan tullantılarının mineralogiyasına yönəldilib. Vulkan brekçiyasında aksessor minerallaşmanın öyrənilməsi nəticəsində Qara dəniz və Kerç yarımadasının palçıq vulkanlarında təbii əmələ gələn qızıl, gümüş, qurğuşun, mis və digər elementlərin aşkar edilməsi Azərbaycanda da analoji yeni istiqamətdə geniş tədqiqatların aparılmasını zəruri edir./
 

Google+ WhatsApp ok.ru