Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin üçtərəfli görüşü

Aprelin 5-6-da İranın Ramsar şəhərində Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin üçtərəfli görüşü olacaq.
 
Bu ənənəvi görüş ildə bir dəfə həmin ölkələrin xarici işlər nazirləri tərəfindən növbə ilə İran, Azərbaycan və Türkiyədə keçirilir. Bu barədə Turan-a XİN mətbuat katibi Hikmət Hacıyev bildirib.
 
O, görüşün mövzusunun regional əməkdaşlıq olacağını deyib, lakin detalları açıqlamayıb.

Google+ WhatsApp ok.ru