Azərbaycanda ötən il 672 cinayəti yetkinlik yaşına çatmayanlar törətib

Ötən il Azərbaycanda yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərin sayı açıqlanıb.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya bildirib ki, 2015-ci ildə Azərbaycanda yetkinlik yaşına çatmayanlar tərəfindən 672 cinayət faktı törədilib.
 
Şöbə müdiri qeyd edib ki, yetkinlik yaşına çatmayanlara qarşı isə 618 cinayət faktı törədilib. /

Google+ WhatsApp ok.ru