Azərbaycanda sərnişin avtobusunda yanğın olub

Azərbaycanda sərnişin avtobusunda yanğın olub.
 
APA-nın Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan “Mercedes” markalı, 90 MU 838 dövlət nömrə nişanlı sərnişin avtobusunun arxa təkərləri qəfildən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri gəlib. Həyata keçirilən tədbirlər nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb və təkərdə baş verən yanğın söndürülüb. /

Google+ WhatsApp ok.ru