Azərbaycandan Rusiyaya ixrac olunan 20 ton quru süd geri qaytarılıb

 Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Agentliyi Azərbaycana bu ölkəyə ixrac olunan 20 ton quru südü geri qaytarıb.
 
Buna səbəb istehsalçı şirkətin Rusiyaya ixrac hüququnun olmamasıdır.
 
Qadağan olunmuş məhsul Dağıstan ərazisində saxlanılıb.
 
Federal Agentlik xatırladır ki, Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələrin ərazisinə yalnız 4 Azərbaycan şirkəti məhsul ixrac edə bilər.(apa)

Google+ WhatsApp ok.ru