Azərbaycanlı qızın şəhid məzarında oxuduğu şeir hər kəsi qəhərləndirdi - VİDEO

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Silahlı Qüvvələrin zabiti, 40 yaşlı polkovnik Vüqar Yusifovun Şəmkir rayonu Şiştəpə kəndindəki dəfnində azərbaycanlı qızın oxuduğu şeir hər kəsi göz yaşlarına boğub.
 
Maide.az bizimyol.info-ya istinadən bildirir ki, şəhidin dəfn mərasimi 6 aprel tarixində keçirilib. 
 
Qeyd edək ki, şəhid Vüqar Yusifov ailəli olub, iki qızı və bir yaşlı oğlu var. Vüqar Yusifov Şəmkirdən olan ikinci şəhiddir. Report-un məlumatına görə, ötən gün rayonun Tatar kənd sakini, 19 yaşlı əsgər Nurlan Qasımov öz doğma kəndində torpağa tapşırılıb. 
 

Google+ WhatsApp ok.ru