Azərbaycan əcnəbilər üçün viza qaydalarını dəyişdirdi

 

Əcnəbilərin Azərbaycan Respublikasının ərazisində Xarici İşlər Nazirliyindən viza almaq proseduru müəyyənləşdirilib.
 
Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi  “Azərbaycan Respublikasının ərazisində viza almaq üçün ərizə-anket”in nümunəsi barədə qərarında əksini tapıb.
 
Ərizə-anketdə pasportda olduğu kimi soyad, ad, cins, doğum tarixi (gün, ay, il), doğum yeri (şəhər, ölkə), vətəndaşlıq barədə məlumat əksini tapmalıdır. Şəxsin vətəndaşlığının dəyişib-dəyişməməsi barədə məlumatı (əgər dəyişilibsə, nə zaman və əvvəlki vətəndaşlığı göstərməlidir) da ərizə-anketdə göstərməlidir. Ərizə-anketdə pasportun seriyası, Azərbaycan Respublikasında qalma müddəti (gün), səfərin məqsədi, ərizə-anketi qəbul edən tərəfin (hüquqi və ya fiziki şəxsin) tam adı, ünvanı və telefon nömrəsi də əksini tapmalıdır.
 
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
 

 

Google+ WhatsApp ok.ru