Azərbaycanın İrandakı yeni səfiri Məhəmməd Cavad Zərif ilə görüşüb

Azərbaycanın İrandakı yeni səfiri  Bünyad  Hüseynov  İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.
 
APA-nın Tehran bürosunun məlumatına görə,  görüşdə B.Hüseynov etimadnaməsinin sürətini İran xarici işlər nazirinə təqdim edib.
 
M.C.Zərif  bildirib ki, İran və Azərbaycan arasında münasibətlər inkişaf etməkdədir: “İki ölkə arasında əlaqələrin hərtərəfli inkişafı üçün heç bir maneə yoxdur. Hər iki ölkənin  yüksək rütbəli rəsmiləri  iki ölkə arasında  siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirmək üçün lazimi iradəyə sahibdir”.
 
B.Hüseynov, öz növbəsində,  ölkəsinin İranla siyasi, iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.

Google+ WhatsApp ok.ru