Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinə yenidən baxıla bilər 17 May 2016 01:00 Ölkə "Dünya bazarında Azərbaycan neftinin qiymətinin 50 dolları keçməsi Azərbaycanın 2016-ci il üzrə dövlət büdcəsinə yenidən baxılmasını zəruri edə bilər". Bunu "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Komitə üzvü xatırladıb ki, neftin qiyməti dövlət büdcəsində 25 dollardan götürülüb: "Hazırda isə neftin qiyməti 50 dolları keçib. Qiymətin təxminən iki dəfə artması dövlət büdcəsinə əlavə vəsaitin daxil olması ilə nəticələnəcək. Məsləhət olsa, may-iyun aylarında büdcəyə yenidən baxıla bilər. Ancaq baxılmaya da bilər, çünki əlavə vəsait ola bilsin ki, Dövlət Neft Fonduna yığılsın və oradan transfert edilsin. Büdcəyə yenidən baxılsa belə, burada qanuna zidd heç nə yoxdur". Qeyd edək ki, Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti bu gün üçün 1,20 dollar və yaxud 2,44% bahalaşıb. Belə ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,30 dollara bərabər olub. / Teqlər : #Azərbaycanın 2016cı il üçün dövlət büdcəsinə yenidən baxıla bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AİP funksioneri Akif Heydərli DTX-ya çağırılıb Son 136 ilin ən isti yayı 2016-cı ildə olacaq