AZƏRBAYCANIN ƏN BÖYÜK GÜZƏŞTİ

«Novoye Vremya» qəzeti Ermənistan müdafiə naziri Seyran Ohanian-ın Azərbaycanın işğal altında olan ərazilərə səfərini təhlil edib. Yazıda bu, Azərbaycana qarşı növbəti təxribat kimi dəyərləndirilir.
 
Müəllif yazır ki, Qarabağ probleminin dinc vasitələrlə həllini tələb edən beynəlxalq vasitəçilər bu səfərə susqun qalmamalıdır.
 
Məqalədə qeyd edilir ki, Ermənistan tərəfi yenə də ikibaşlı oyun oynayır. ATƏT-in Minsk qrupu həmsədrlərinin problemin hərbi həll yolunun olmaması haqda bəyanatları isə səmərə vermir: «Görünür, dünya gücləri nəyin bahasına olursa olsun qarşıya qoyulan məqsədi və status-kvonu qoruyub saxlamaq istəyir». 
 
Müəllifin düşüncəsinə görə, sözdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənsə də, əslində, Dağlıq Qarabağın statusunun tanınması tələb edilir: «Heç bir tərəf öz ərazilərinin 20 il işğalda qalmasına dözməzdi. Bax, bu, Azərbaycanın ən böyük güzəştidir. Bu fakt göstərir ki, kim məsələnin dinc vasitələrlə həllində maraqlıdır. Nə qədər ki dünya Ermənistan rəhbərliyini beynəlxalq hüquqa hörmətlə yanaşmağa məcbur etməyib, onlar kiminsə musiqisini, kiminsə torpaqlarını oğurlamaqda davam edəcəklər».
 

Google+ WhatsApp ok.ru