Azərbaycan icması Pyatiqorsk şəhərində iftar süfrəsi təşkil edib

Rusiya Federasiyasının Stavropol viyalətinin Pyatiqorsk şəhərindəki məscitdə hər axşam Ramazan ayında iftar süfrəsi təşkil olunur.
 
Maide.Az Rusiya mediasına istinadən xəbər verir ki, hər axşam mədəniyyət mərkəzi nəzdində Qafqaz xalqları iftar süfrəsinə yığışırlar.
 
Əgər ilk iftar xərcləri Stavropol Müftisi Məhəmməd Hacı Rəhimov öz üzərinə götürmüşdüsə, ikinci günün iftarı yerli Azərbaycan icmasının nümayəndələri tərəfindən təşkil olunub.  
 
Azərbaycan təmsilçisi Orxan Əliyev bildirib ki, uca yaradana təşəkkür edək ona görə ki, O, cəmiyyət üçün faydalı olan belə bir işi görməyi bizə nəsib edib. Biz istəyirik ki, Allah bizim oruclarımızı və bütün müsəlmanların dualarını qəbul etsin.
 
Qeyd edək ki, kollektiv iftarların təşkili Pyatiqorsk şəhərində hər il təşkil olunur. /

Google+ WhatsApp ok.ru