Azərbaycan və İran Dövlətlərarası Müştərək Komissiyanın həmsədrləri arasında telefon danışığı olub

Azərbaycan və İran Dövlətlərarası Müştərək Komissiyanın həmsədrləri arasında telefon danışığı olub

Azərbaycan və İran Dövlətlərarası Müştərək Komissiyanın həmsədrləri - İranın Rabitə və İnformasiya texnologiyaları naziri Mahmud Vaezi və Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev arasında telefon danışığı baş tutub.
 
APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığında  tərəflər  iqtisadi və ticarət  əlaqələrin  daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.
 
M.Vaezi İran prezidenti Həsən Ruhaninin  yaxın gələcəkdə Azərbaycana səfər edəcəyinə toxunub və bildirib ki,  iki ölkə arasında əlaqələr yüksək  səviyyədədir: “Heç bir səbəb  iki ölkənin səmimi və dostluq münasibətlərinə  mənfi təsir göstərə bilməz”.
 
Söhbət zamanı tərəflər Tehranda keçirilən Müştərək komissiyanın sonuncu iclasında əldə olunan razılıqların icrasını tezləşdirmək, xüsusilə Qəzvin-Rəşt- Astara dəmir yolunun icrasının sürətləndirilməsi,  Xəzər dənizində müştərək əməkdaşlıq, nəqliyyat və  bank sahəsində əməkdaşlıqların daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulayıblar.

Google+ WhatsApp ok.ru