Azərbaycanda dəmiryolu stansiyalarında bilet satış aparatı quraşdırılacaq

Azərbaycanda dəmiryolu stansiyalarında bilet satış aparatı quraşdırılacaq

"JCM Global" Azərbaycanda dəmiryolu stansiyalarında bilet satışı aparatlarının sayını artırmaq niyyətindədir.
 
Bu barədə şirkətin rəsmi səhifəsində məlumat yer alıb.
 
Bildirilir ki, şirkət Azərbaycan üzrə 200-ə yaxın dəmiryolu stansiyasında 1000 ədəd bilet satış aparatı quraşdırmağı planlaşdırır.
 
Bakı-Xırdalan-Sumqayıt dəmiryolu xətti üzərində yerləşən 2 stansiyada 15 bilet satışı aparatı və 40 turniket quraşdırılıb.
 
Şirkətin baş meneceri Payam Zade Bakı-Xırdalan-Sumqayıt dəmiryolu marşrutu kimi bir layihədə iştirakdan etməkdən məmnunluğunu bildirib. "Avropa və dünya üzrə nəqliyyatda təhlükəsizlik, etibarlılıq baxımından "iPRO-RC"-dən istifadə olunur", - deyə şirkət rəsmisi qeyd edib.
 
Qeyd edək ki, "JCM Global" bank, köşk, əyləncə mərkəzləri üçün texnoloji əməliyyat sistemlərini quraşdıran dünyada lider şirkətdir. (APA)
 

Google+ WhatsApp ok.ru