Azərbaycan Dövlət Neft Fondu bu gün 90 mln. dollar itirib

Azərbaycan Dövlət Neft Fondu bu gün 90 mln. dollar itirib

 Azərbaycan Dövlət Neft Fondu (ARDNF) "Brexit" nəticəsində funt sterlinqin dollarla müqayisədə ucuzlaşması nəticəsində bu gün 86 mln. dollar vəsait itirib. 
"Report" xəbər verir ki, 2016-cı il ilk rübünün yekunlarına görə, ARDNF-in portfelində olan 1 150,7 mln. funt sterlinqin dollar ekvivalentində zərəri ötən günün (iyunun 23-nün) qapanışından bu gün saat 12:00-a qədər 86 mln. dollar təşkil edib.
Xatırladaq ki, ilk rübün yekunlarına əasən, ARDNF-in aktivlərinin 4,9%-i funt stelinqdə yerləşdirilib. 
"Report"un analitik qrupu funtun ucuzlaşması prosesinin davam edəcəyini və Fondun itkisinin artacağını proqnozlaşdırır.

Google+ WhatsApp ok.ru