Azərbaycanda sement istehsalı kəskin azalıb

Azərbaycanda sement istehsalı kəskin azalıb

Bu ilin beş ayında Azərbaycanda sement istehsalı 30,3% azalıb. Bu, ilk növbədə işgüzar aktivliyin və iqtisadiyyata dövlət investisiyalarının azalması ilə bağlıdır.
 
Yanvar-mayda sement istehsalı 829 min ton təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə beton zavodları 177 min ton beton  qatışığı istehsal edib. Bu, 2015-ci ilin eyni dövrünün göstəricisindən 60% azdır.
 
Sementə tələbatın azalması sement yarımfabrikatı klinkerin idxal həcminə də təsir edib. Hazır məhsul nəzərə alınmaqla 140,5 min ton sement məhsulu idxal edilib. Bu, 2015-ci ilin eyni dövrünün göstəricisindən 55% azdır.
 
Azərbaycanda istehsal edilən klinkerin bir hissəsi Gürcüstana ixrac edilir. İdxal və ixrac eyni qiymətədir – tonu 46,6 dollar.
 
Azərbaycanda əsas sement istehsalçıları “Norm” MMC, “Qazax Sement” MMC və “Holcim (Azerbaijan)” ASC-dir. /

Google+ WhatsApp ok.ru