Azərbaycan klubları bu gün AvroLiqanın oyunlarına çıxacaq

Azərbaycan klubları bu gün AvroLiqanın oyunlarına çıxacaq

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

 Gəncənin “Kəpəz” klubu Moldovada yerli “Daçiya” ilə qarşılaşıcaq.

Bakıda keçirilən ilk görüşdə oyun 0:0 hesabı ilə yekunlaşmışdı. Oyun saat 19:00-da başlayacaq.

Azərbaycanın daha təmsilçisi - “Qəbələ” də növbəti oyununa çıxacaq.

Komandamız səfərdə Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq.

Bakıda keçirilən ilk  görüşdə rəqibinə 5:1 hesabı ilə qalib gələn “Qəbələ” mərhələ keçmək şansı çox böyükdür.

Zestafonidə keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. (modern.az)

 

Google+ WhatsApp ok.ru