Azərbaycanda qorxunc STATİSTİKA: 33 min insan bu xəstəlikdən ölüb

Azərbaycanda qorxunc STATİSTİKA: 33 min insan bu xəstəlikdən ölüb

Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri açıqlanıb.
 
Maide.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, ötən il Azərbaycanda 54 697 nəfər dünyasını dəyişib ki, bu da 2014-cü illə (54 697) müqayisədə azdır.
 
Ötən il dünyasını dəyişənlərin 32 825-i qan dövranı sistemi xəstəliklərindən, 7 278-i yenitörəmələrdən, 1 712-si tənəffüs orqanları xəstəliklərindən, 2 646-sı travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüb.
 
Ötən il bütün ölüm səbəbləri üzrə azalma qeydə alınsa da, yenitörəmələrdən dünyasını dəyişənlərin sayı artıb. Bu artım yalnız ötən il deyil, əvvəlki illərdə də müşahidə edilib. 2012-ci ildə yenitörəmələrdən 5 886, 2013-ci ildə 6 383, 2014-cü ildə 6 982, 2015-ci ildə isə 7 278 nəfər yeni törəmələrdən dünyasını dəyişib.
 

Google+ WhatsApp ok.ru