Azərbaycan MN: Erməni hərbi qullquçu Ermənistan ordusunda hökm sürən özbaşınalıq nəticəsində yaralanıb

Azərbaycan MN: Erməni hərbi qullquçu Ermənistan ordusunda hökm sürən özbaşınalıq nəticəsində yaralanıb

Ermənistan mətbuatının iyulun 23-nə keçən gecə saat 00.10-da guya Azərbaycan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində erməni hərbi qulluqçusu Mqer Çiloyanın yaralanması barədə yaydığı məlumat həqiqətə uyğun deyil.

Maide.Az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki,  qeyd olunan məlumata görə  Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə riayət etməklə cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir: “Mqer Çiloyanın yaralanmasının Ermənistan ordusunda hökm sürən özbaşınalıqlar və nizamnamədən kənar münasibətlər səbəbindən baş verməsi şübhə doğurmur”. /

Google+ WhatsApp ok.ru