Azərbaycanda təhlükəli istehsalat tullantılarının miqdarı artıb

Azərbaycanda təhlükəli istehsalat tullantılarının miqdarı artıb

Göstərici 2010-cu ildə 140 min, 2014-cü ildə 456,6 min ton olub
 
  Son illər Azərbaycanda təhlükəli istehasalat tullantılarının miqdarı bir neçə dəfə artıb.
 
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2014-cü ildə Azərbaycanda təhlükəli istehsalat tullantılarının miqdarı 456,6 min ton olub. 
 
Məlumata görə, 2013-cü ildə bu rəqəm 202,7 min ton olduğu halda, 2010-cu ildə isə 140 min ton olub.
 
Bundan əlavə, istifadə edilmiş təhlükəli tullantıların miqdarının 2014-cü ildə 3,2 min, 2010-cu ildə 5,5 min ton olduğu açıqlanıb. Zərərsizləşdirilmiş istehsalat tullantıları isə 2014-cü ildə 111,3 min, 2010-cu ildə 58,4 min ton təşkil edib. /

Google+ WhatsApp ok.ru