Azərbaycanda sürtkü yağları istehsalı zavodu tikiləcək

Azərbaycanda sürtkü yağları istehsalı zavodu tikiləcək

“Alco Lubricant Company” şirkəti Sumqayıt kimya sənaye parkının doqquzuncu rezidenti statusu alıb.
 
Trend-in məlumatına görə, müvafiq sertifikat cümə günü Azərbaycan İqtisadiyyat Nazirliyinin keçirdiyi tədbirdə rezidentin nümayəndələrinə təqdim olunub.
 
Şirkət parkın ərazisində sürtkü yağlarının istehsalı ilə məşğul olacaq. Layihənin investisiya dəyəri 10 milyon dollar təşkil edir. Layihə çərçivəsində illik istehsal gücü 30 min ton olan zavod tikiləcək, məhsul istehsalına isə 2017-cu ilin ikinci yarısında başlanması planlaşdırılır. /

Google+ WhatsApp ok.ru