Azərbaycan Ordusunun giziri qarpızdan zəhərləndi 09 Avqust 2016 01:00 Hadisə Tovuz rayonunda hərbi qulluqçu qarpızdan zəhərlənib. Bu barədə Trend-ə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumata görə, zəhərlənən şəxs Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü, gizir Həsənov Elvin Mahir oğludur. O, qarpızdan zəhərlənmə diaqnozu ilə evdə xəstəxanaya yerləşdirilib. Hərbçiyə ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ilə bağlı xidmət etdiyi hərbi hissəyə məlumat verilib və o, Hərbi Hospitala yerləşdirilib. Hazırda E.Həsənovun səhhəti orta ağır qiymətləndirilir. / Teqlər : #Azərbaycan Ordusunun giziri qarpızdan zəhərləndi , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bir gündə 3 nəfər dənizdə boğuldu Yenə də qarpızdan kütləvi zəhərlənmə