Azərbaycan yığmasının futbolçusu İspaniyada yeni kluba keçib

Azərbaycan yığmasının futbolçusu İspaniyada yeni kluba keçib

İspaniya Sequndasında mübarizə aparan "Kadis" futbol klubu yeni transferlərini təqdim edib. 

"Report"un məlumatına görə, onların arasında Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov da var.

Klubun meneceri Xuan Karlos Kordero bildirib ki, E.İsrafilov müxtəlif təkliflər arasından "Kadis"i seçib. O, yeni transferin İspaniyanın müxtəlif klublarında, eləcə də Azərbaycan yığmasında oynadığını xatırladıb.

24 yaşlı oyunçunun özü isə komandaya kömək məqsədilə gəldiyini deyib: "Yaxşı mövsüm keçirməliyik. Bunun üçün də bura gəlmişəm. "Qranada"da daha bir il qala bilərdim. Amma "Kadis"də müntəzəm oynamaqla, artırmaq istəyirəm. Mənim üçün sevimli mövqe yoxdur. İstənilən mövqedə çıxış edə bilərəm".

Qeyd edək ki, "Kadis" sonuncu dəfə İspaniya La Liqasında 2005-2006 mövsümündə çıxış edib.  /

 

Google+ WhatsApp ok.ru