Azərbaycanda yeni elektrik stansiyalarının tikintisi planlaşdırılır

Azərbaycanda yeni elektrik stansiyalarının tikintisi planlaşdırılır

 
Qarşıdakı dövrdə Azərbaycanda 2 min meqavat həcmində elektrik stansiyalarının tikintisi planlaşdırılır. 
 
Bunu Enerji İqtisadiyyatları üzrə Beynəlxalq Assosiasiyasının (EİBA) I Avrasiya konfransında Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov deyib. Onun sözlərinə görə, son illərdə elektroenergetika sisteminin inkişafı ilə bağlı həyata keçirilmiş silsilə tədbirlərin davamı olaraq,  həyata keçirilmiş mühüm tədbirlər  nəticəsində ölkəmizdə energetikanın maddi-texniki bazası daha da möhkəmləndirilib, yeni müasir elektrik stansiyaları istifadəyə verilib: “Bununla da əhalinin elektrik enerjisi ilə təminatının gücləndirilməsində, ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında ciddi nailiyyətlər qazanılıb”. 
 
Nazir müavini əlavə edib ki, son 10 ildə üç min meqavat gücündə 14 elektrik stansiyasının istifadəyə verilməsi, stansiyaların sayının 23-ə, ümumi generasiya gücünün 7 min meqavata çatdırılması,  qarşıdakı dövrdə  2 min meqavat həcmində elektrik stansiyalarının planlaşdırılan tikintisi Azərbaycanın energetika sənayesinin möhtəşəm yüksəlişini təmin edəcək və respublikanın elektrik enerjisinin ixrac imkanları daha çox artacaq. (apa) /

Google+ WhatsApp ok.ru