Azərbaycanda ərəb turistləri gətirən avtobus qəzaya düşdü: 2 ölü, 16 yaralı

Azərbaycanda ərəb turistləri gətirən avtobus qəzaya düşdü: 2 ölü, 16 yaralı

 
Azərbaycanda ərəb turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
 
Hadisə avqustun 29-da axşam saatlarında baş verib.
 
Qəbələdən Bakıya gələn "Hyundai" markalı mikroavtobusun sürücüsü İsmayıllı rayonu ərazisində idarəetməni itirib və avtobus aşıb. Hadisə nəticəsində avtobusda olan 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, turistlərdən iki nəfər xəstəxanada dünyasını dəyişib.
 
Avtobusdakıların hamısı Azərbaycana gələn ərəb turistlər olub. Turistlər Qəbələ rayonundan Bakıya qayıdırmış.
 
Faktla bağlı araşdırma aparılır. (trend) /

Google+ WhatsApp ok.ru