Azərbaycan və İran arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan və İran arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan və İranın Şimali Xorasan ticarət  palataları arasında əməkdaşlıq məqsədi ilə anlaşma memorandumu imzalanıb. 
 
Maide.Az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. 
 
Məlumata görə, memorandumu Azərbaycan tərəfindən ticarət və sənaye palatasının prezidenti Niyaz Əlizadə və İranın Şimali Xorasan əyalətinin ticarət və sənaye palatasının sədri Məhəmməd Səmədi imzalayıb. 
 
Anlaşma memorandumuna əsasən  iki  palata  ixracat, idxalat, müştərək investisiya, beynəlxalq sərgilərin təşkili və  qarşılıqlı səfərlərin təşkili sahəsində əməkdaşlıq edəcək.
 

Google+ WhatsApp ok.ru