Azərbaycan radara düşməyən yeni nəsil pilotsuz uçuş aparatlarını nümayiş etdirir 29 Sentyabr 2016 01:00 Hərb Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) “ADEX 2016” beynəlxalq müdafiə sərgisində yeni nəsil pilotsuz uçuş aparatlarını nümayiş etdirir. MSN-in sərgidəki stendindən APA-ya verilən məlumata görə, bunlar “Orbiter 3” və “Orbiter 4” pilotsuz uçuş aparatlarıdır. Bildirilib ki, bundan əvvəl istehsal olunan “Orbiter 2” 5 saat və “Aerostar” 12 saat müddətində havada qala bilirdisə, “Orbiter 3” 6 saat, “Orbiter 4” isə 24 saat havada qalmaq imkanına malikdir. “Orbiter 4” pilotsuz uçuş aparatının bir qanadından digər qanadına qədər olan uzunluğu 5,4 m, çəkisi 50 kq, yük götürmə qabiliyyəti 12 kq, maksimal sürəti 70 kts-dir. “Orbiter 4” 150 km məsafəyə kimi gedib qayıda bilir. “Orbiter 3” və “Orbiter 4” pilotsuz uçuş aparatları radara düşmür. (apa) / Teqlər : #Azərbaycan radara düşməyən yeni nəsil pilotsuz uçuş aparatlarını nümayiş etdirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan yeni növ snayper tüfənglərinin hazırlanması üzərində iş aparır Azərbaycan Rusiyadan aldığı optik texnikanın sayını artırır
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'