Azərbaycanın şəhid olan hərbi qulluqçusu dəfn olunub

Azərbaycanın şəhid olan hərbi qulluqçusu dəfn olunub

 
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçisi Bərdə rayonunda dəfn olunub. "Report"un Qarabağ bürosunun məlumatına görə, müddətdən artıq xidmət edən hərbi qulluqçu Sahil Sahib oğlu Məmmədov rayonun Soğanverdilər kənd qəbiristanlığında torpağa tapşırılıb. 
 
Şəhidin dəfn mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin (RİH), Müdafiə Nazirliyinin (MN) və Səfərbərlik və Hərbi çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. 
 
Qeyd edək ki, 10 bundan qabaq könüllü olaraq hərbi xidmətə yollanan şəhid S.Məmmədov cəbhənin Füzuli istiqamətində erməni silahlı birləşmələrinin törətdiyi təxribatların qarşısını alarkən qəhrəmancasına şəhid olub. /

Google+ WhatsApp ok.ru