Azərbaycan üzərindən Qazaxıstan taxılının daşınma həcmi arta bilər

Azərbaycan üzərindən Qazaxıstan taxılının daşınma həcmi arta bilər

 
Bununla bağlı Azərbaycan Dəmir Yolları və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-lər arasında danışıqlar aparılır
"Azərbaycan Dəmir Yolları" QSC və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Azərbaycan üzərindən tranzit yüklərin daşınması həcminin mümkün artırılmasına dair danışıqlar aparır. Bu məqsədlə tərəflər Qazaxıstandan Azərbaycana taxıl yüklərini cəlb etmək niyyətindədir.
"Report"un məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Cavid Qurbanov məlumat verib.
"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu açılandan sonra tranzit yüklərin əksəriyyətinin Türkiyəyə yönələcəyinə ümid edirik. Bilirsiniz ki, indi yüklərin Çindən Türkiyəyə nəqli üçün Hind okeanı vasitəsilə 12 min km yol qət etmək lazımdır. Lakin BTQ layihəsi istismara düşdükdən sonra 45 günlük həmin su yolu 12 günlük dəmir yolu ilə əvəz oluna bilər" - C.Qurbanov əlavə edib.
QSC sədri bildirib ki, ən iri taxıl istehsalçılarından olan Qazaxıstan ildə 20 mln. tondan çox taxıl istehsal edir: "Biz həmin həcmin ən azı 2 mln. tonunu Azərbaycan üzərindən keçməsini istəyirik. Hazırda bu xidmətin hansı şəkildə reallaşacağına dair "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ilə danışıqlar aparırıq." /

Google+ WhatsApp ok.ru