Azərbaycanda sənaye məhsullarının qiymətləri artıb 11 Oktyabr 2016 01:00 İqtisadiyyat Azərbaycanda sənaye məhsullarının qiymətləri artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 16,4 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 18,0 faiz, emal sənayesi üzrə 10,8 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,0 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı üzrə isə 4,2 faiz artıb. 2016-cı ilin sentyabr ayında avqust ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 3,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 3,4 faiz, emal sənayesi və elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə 2,5 faiz artıb, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahələri üzrə dəyişiklik baş verməyib. Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 3,5 faiz, metal filizlərinin hasilatı üzrə 2,4 faiz artıb. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri metallurgiya sənayesi üzrə 9,7 faiz, neft məhsullarının istehsalı üzrə 3,3 faiz, tütün məmulatlarının istehsalı üzrə 2,7 faiz, tikinti materiallarının istehsalı üzrə 1,9 faiz, qida məhsullarının istehsalı və poliqrafiya fəaliyyəti üzrə 0,5 faiz, geyim istehsalı üzrə 0,4 faiz, toxuculuq sənayesi və kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,2 faiz, kimya sənayesi üzrə 0,1 faiz artıb, kağız və karton istehsalı üzrə isə 0,1 faiz azalıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib. (trend) / Teqlər : #Azərbaycanda sənaye məhsullarının qiymətləri artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu günə olan – RƏSMİ VALYUTA MƏZƏNNƏLƏRİ Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR