Azərbaycanda ailə bağçalarının yaradılması təklif edilir

Azərbaycanda ailə bağçalarının yaradılması təklif edilir

Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub. 
 
Layihəyə əsasən məktəbəqədər yaşda uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumi təhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meylli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir.
Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ məktəbəqədər təhsil müəssisələri olacaq. 
 
Bundan əlavə Azərbaycanda ailə bağçasının yaradılması təklif edilir. Bu “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan layihə barədə danışan komitə sədri İsa Həbibbəylideyib ki, ailə bağçaları ilə bağlı monitorinq aparıblar: "Hazırkı mərhələdə ailə bağçaları demək olar ki, müraciət olunmayan formalardan birinə çevrilib".
O qeyd edib ki, sanator tipli (bu uşaq bağçaları infeksion xəstəliklərə meyilli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), eləcə də bəzi sağlamlıq imkanları məhdud uşaqlar üçün bağçaların yaradılması nəzərdə tutulub. (apa) /
 

Google+ WhatsApp ok.ru