Azərbaycan İrana birgə elektrik stansiyalarının inşasını sürətləndirməyi təklif edir

Azərbaycan İrana birgə elektrik stansiyalarının inşasını sürətləndirməyi təklif edir

 
Azərbaycan və İran tərəfindən yeni elektrik stansiyalarının birgə tikintisi enerji dayanıqlığını və Naxçıvan Muxtar Respublikasının ixrac potensialını artıra bilər.
 
Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev deyib.
 
O qeyd edib ki, bu layihənin imkan daxilində tez həyata keçirilməsi zəruridir.
 
ASC sədri əlavə edib ki, bu layihə həm Azərbaycan, həm də İran üçün son dərəcə əhəmiyyətlidir. /

Google+ WhatsApp ok.ru