Azərbaycanda avtomobil yolu çöküb - FOTO

Azərbaycanda avtomobil yolu çöküb - FOTO

20 min nəfər əhalinin yaşadığı, 23 yaşayış məntəqəsini birləşdirən, yenicə istifadəyə verilmiş Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsi çöküb.
 
Bu barədə kənd sakinləri məlumat veriblər.
 
Bildirilib ki, hazırda yolda gediş-gəliş tamamilə məhdudlaşıb. Hadisə yerinə aidiyyatı qurumlar gəliblər.
 
İlkin məlumata görə, yolun çökməsinə səbəb son günlər rayon ərazisində yağan aramsız yağışlardır. (SalamNews)
 
 
 

Google+ WhatsApp ok.ru