`Azərbaycanda Aşura ədəbiyyatı` mövzusunda beynəlxalq  konfrans keçiriləcək

`Azərbaycanda Aşura ədəbiyyatı` mövzusunda beynəlxalq konfrans keçiriləcək

Noyabrın 7-də Təbrizdə  "Azərbaycanda Aşura ədəbiyyatı" mövzusunda II beynəlxalq  konfrans keçiriləcək. 
 
Maide.Az  İranın İQNA saytına istinadən xəbər verir ki, beynəlxalq konfransda  Azərbaycandan 6 Əhli-Beyt (ə) şairi , eləcə də Gürcüstan və Türkiyədən də Əhli-Beyt (ə) şairləri  iştirak edəcəklər. 
 
Qeyd edək ki, konfransın keçirilməsindən məqsəd  Azərbaycan, Türkiyə və Gürcüstanda  olan Əhli – Beyt (ə) şairlərinin, məddahları və araşdırmaçılarının xatirəsini anmaq və onların Aşura və  məhərrəmliklə bağlı  yeni yaradıcılıqları ilə tanış olmaqdır.

Konfrans İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin və Təbriz Universitetinin dəstəyi ilə keçirilir.

Google+ WhatsApp ok.ru