Azərbaycanda doğulan körpələrə daha çox hansı adların qoyulduğu adlar açıqlanıb - SİYAHI

Azərbaycanda doğulan körpələrə daha çox hansı adların qoyulduğu adlar açıqlanıb - SİYAHI

Qoyulan adlar arasında ərəb və fars mənşəli olanlar daha çoxdur
 
Bu ilin 10 ayı ərzində Azərbaycanda doğulan körpələrə daha çox qoyulan adların ilk beşliyində Yusif (2698), Hüseyin (1808), Əli (1746), Ömər (1378), Məhəmməd (1126), Zəhra (2338), Nuray (1742), Fatimə (1512), Zeynəb (1446) və Aylin (1341) adları gəlir.
 
Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, siyahıda ilk onluqda  Tunar (1051), Murad (1051), Ayxan (972), Uğur (970), İbrahim (737), (Məryəm (1245), Ayan (1100), Mələk (1070), Mədinə (865), Dəniz (885) adları da yer alıb.
 
Bundan başqa, bu il uşaqlara verilən adlar arasında Kənan, Ümid, Nihad, Həsən, Rəsul, Mehdi, Emil, Fərid, İsmayıl, Ramal, Gülay, Xədicə, Səma, Leyla, Fidan, İnci, Banu, Nəzrin, Yağmur, Aysu kimi adlar üstünlük da təşkil edib.  
 
Ümumiyyətlə, qoyulan adlar arasında ərəb və fars mənşəli olanlar daha çoxdur. /

Google+ WhatsApp ok.ru